Seo Dərsləri - Seo Xidmətləri

Seo dərsləri tam pulsuz şəkildə Seo LAMA tərəfindən yayımlanmaqdadır. Pulsuz Seo Dərsləri ilə siz tam professional məlumatlar əldə edəcəksiniz.
Qısa cavab olaraq axtarış sistemlərində (Google,Yandex,Bing,Baidu və s.) axtarış zamanı saytın ilk səhifədə çıxılması üçün edilən optimallaşdırma işləridir. Yəni , reklama pul xərcləmədən SEO vasitəsilə müştəri əldə edə bilərsiz.

İngilis dilindən Search Engine Optimization sözünün qısaltması olub Azərbaycan dilində axtarış sistemlərinin optimallaşdırılma mənasını verir.

Seo daxili və xarici olmaqda 2 yerə ayrılır. Əgər saytın özündə sürətləndirmə, html kodların düzgün və standartlara uyğun aparılması, optimizə edilmiş məqalə yazmaq kimi işlər aparılırsa bu daxili seo adlanır. Yox əgər sosial şəbəkələrdən saytınıza link verərək backlink işləri görülərsə və ya başqa bir dəstək tipli xidmət alınarsa bu xarici seo adlanacaqdır.

Yuxarıda adı çəkilən növlərdən başqa Qara şapka və Ağ şapka SEO anlayışlarıda mövcuddur. Biz mütləq şəkildə qara şapka seo’dan istifadə etməməliyik. Müəyyən bir zaman ərzində ilk sırada çıxmağımıza şərait yarada bilər bu tip optimizə, lakin “Yalan əyaq tutar ama yeriməz” və ya “Yalanın ömrü 40 gündür” kimi deyimləri bu tip optimizəyə aid etmək olar.

Qara şapka seo necə edilir?

  • Gizlədilmi, ancaq axtarış botları üçün sözlərin yazılması
  • Çox saytda açar sözlərindən istifadə edilməsi
  • Sektora aid olmayan çox saytda saytlardan keçid verilməsi
  • Spam sayılan rəylərin yazılması

və s. kimi zərərverici optimizə

Yuxarıdakı listədən gördüyümüz kimi edilən bütün optimizələr sırf axtarış sistemi botlarını aldatmaq üçün edilir ki, insanlar saytınıza girdiklərində axtardıqlarını tapa bilmədikləri üçün saytı tərk edillər. Buda “Həmən çıkma oranını” artırır və axtarış sistemləri edilən saxtakarlığı bilərək cəzalandırır.

Ağ şapka seo necə edilir?

  • Saytı axtarış sistemi botları üçün yox, oxucular üçün optimizə etmək.
  • Oxucular üçün faydalı və axtardıqlarını tapa bilməsi üçün məzmunlar paylaşmaq
  • Sektorunuza uyğun təbii (spam olmayan) backlinklər almaq
  • Axtarış sistemi botlarının saytın indekslənməsinə yardım etmək üçün bəzi vacib kodlardan istifadə etmək
  • Oxuculara ayrı, axtarış sistemi botlarına ayrı məzmun göstərməmək
  • Markalaşmaq üçün çalışmaq

Gördüyünüz kimi yuxarıdakı listəmizdə heç bir hiyləgərlik etmədən, oxucuları aldatmadan optimizə işləri gördük. Əgər listədə 2’ci yeri alan qaydaya uyğun məzmunlar paylaşılarsa oxucular saytda qalar və “Həmən çıkma oranı” adlanan dəyər aşağı düşə və mükafatlandırılaraq axtarışlar zamanı ilk sırada öz yerimizi tutarıq.

Seo dərsləri kimlər üçündür?

Hər kəs üçün pulsuz paylaşılan dərslərdən bu sahə üzrə maraqlanan hər bir şəxs istifadə edə, əgər anlamadığı hər hansısa hissə olan zaman sual verə və 24 saat ərzində cavablandırılmış məqalə və ya konkret cavab mətnini qeyd etdiyi mail ilə ala bilər.

Əgər bu sahə üzrə maraqlanmırsınızsa o demək deyil ki, saytımızı tərk etməlisiniz. Məqalə yazmaq üçün qaydalar dərsliyimizdən faydalanıb, professional məqalə yazarı ola, ekstra pul qazana bilərsiniz.

Seo optimizə xidmətlərimiz

Pulsuz Seo Dərslərimizdən yararlanıb özünüz optimallaşdırma etməyə vaxtınız yoxdursa biz sizin üçün bunu edərik. Seo xidmətləri ilə tanış olun.
Sürət
Saytın açılma sürəti 3 saniyədən böyük olarsa 99% traffik itkisi ilə üzləşə bilərsiniz. Saytın açılma sürətinə CSS,HTML.JAVASCRİPT kodları , Məzmuna daxil edilən şəkillər və s. təsir edir. Seo dərslərinə ilk öncə saytın açılma sürətinin azaldılmasından başlayaq.
Necə Sürətləndirək?
Backlink
Backlink Xarici Seo Çalışmasının tacı sayılır və axtarış sistemi botlarına sizin saytı göstərərək daha tez indekslənməsinə və DOMAİN AUTHORİTY dəyərinin artmasına yardımcı olur.
Backlink Almaq
Previous
Next

Kodlarla Optimizə etmək

HTML kodları vasitəsilə SEO üçün dəstək verərək axtarış sistemlərində ilk səhifədə öz yerini al .

Meta Kodları və İstifadə Qaydarı

Axtarış Sistemi Botlarına saytımızı indeksləməsi və axtarış zamanı ilk səhifəyə gətirməsi üçün Meta Seo Kodları ilə tanış ol .
SEO kodları hansılardır?

Wordpress & Seo

Wordpress CMSi istifadə edənlər üçün Wordpres Optimizə Dərsi. Dərsimizi oxuyub axtarış sistemlərində ilə ilk sıralarda yerini al.

Wordpress Seo Qoşmaları

Wordpress parametlərinin düzgün konfiqurasiya edilməsi və Seo Qoşmaları ilə ilk sıralara çıxmanın addım addım izahı.
Wordpress Seo Dərsləri

Seo Dostu Məqalə

Məzmun ilə optimizə olmazsa olmazdır! İlk sırada çıxmanın 99% səbəbi optimizə edilmiş məzmundur.

Seo Dostu məqalə necə yazılır?

Seo dostu məqalə yazan zaman bir neçə ciddi məqamlar vardır ki, onlara riayət etmək mütləq şəkildə vacibdir! Axtarış sistemləri bu qaydalara riayət edən saytları mükafatlandırır.
Seo Dostu Məqalə Necə Yazılır?

Texniki Seo Dərsləri

Ana Sehife

Seo dostu məqalə yazmaq

SEO ilə axtarış zamanı ilk səhifədə çıxmaq istəyirsinizsə, mükəmməl bir seo uyumlu məqalə (və ya: Seo Dostu Meqale) bu işinizi görəcəkdir. Yayımladığınız məqalə ən yaxşı olmalıdır ki, rəqiblərinizi geridə qoyasınız. Seo uyumlu məqalə yazma bələdçimiz sizə bunu etməniz üçün yardım edəcək.

Tez-tez verilən suallar

SEO dərsləri məqalələrimizi oxuyan hərkəs 1 həftədən 3 aya kimi axtarış zamanı ilk səhifədə öz yerini ala bilər. Lakin elə bir qayda yoxdur ki, filan vaxtda ilk sırada olacam. Bu 3 ay deyil 3 iləcəndə uzana bilər, hər şey Google Botlarından və sizdən asılıdır.

Seo kodları deyilən bir anlayış mövcud deyil. Sadəcə bir neçə <meta> və axtarış sistemi botlarının işini asanlaşdıran kodlar vardır ki, Botlar o kodları anlayır və saytın indekslənməsi tez və doğru şəkildə aparır.

Yayımladığımız SEO DƏRSLƏRİ elə ilk sırada çıxmağınız üçün etməniz gərəkənləri ifadə edir. Sadəcə dərslərdəki qanunauyğunluqları gözləmək axtarış zamanı ilk sırada çıxacaqsınız deməkdir.

Sualın var?